AVTOBNB MMC – PARTNYORLUQ MÜQAVİLƏSİ

Avtomobil Sahibləri və Rent-a-Car Partnyorları üçün Rəsmi Şərtlər və Qaydalar`:

1. Hüquqi Status və Rolun Məhdudlaşdırılması
1.1. AvtoBnB MMC ("Platforma") Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən rəqəmsal vasitəçi və inzibati brokerdir. 1.2. Platforma avtomobil icarəsi üzrə müqavilə tərəfi DEYİLDİR, avtomobilə sahiblik etmir, avtomobil təqdim etmir və avtomobil idarəetməsi həyata keçirmir. 1.3. Platformanın funksiyası aşağıdakılarla məhdudlaşır:
  • Partnyor və İcarəçi arasında əlaqənin yaradılması;
  • inzibati və texnoloji dəstək;
  • sifarişin yönləndirilməsi və qeydə alınması. 1.4. Platforma icarənin icrasına nəzarət etmir və icra nəticələrinə görə məsuliyyət daşımır.
2. Operator Funksiyasının İstisnası
2.1. Platformanın aşağıdakı hərəkətləri icarə xidmətinin göstərilməsi kimi şərh edilə bilməz:
  • qaydaların müəyyən edilməsi;
  • Partnyorların seçilməsi və bloklanması;
  • xidmət haqqının tutulması;
  • sifarişlərin yönləndirilməsi.
2.2. Bu hərəkətlər yalnız platforma ekosisteminin təhlükəsiz və səmərəli fəaliyyəti üçün inzibati tədbirlər hesab olunur.

3. Ödəniş Sistemi və Xidmət Haqqı
3.1. Platforma tərəfindən tutulmuş 20% məbləğ icarə haqqı DEYİL, yalnız Platformanın marketinq, texnologiya və inzibati xidmət haqqıdır. 3.2. Platforma avtomobilin icarə dəyərini formalaşdırmır və dəyişmir. 3.3. İcarə üzrə əsas ödənişlər Partnyor və İcarəçi arasında birbaşa həyata keçirilir. 3.4. Platforma tərəfindən qəbul edilən xidmət haqqı geri qaytarılmayan xidmət ödənişidir, istisnalar yalnız qanunla nəzərdə tutulan hallarda mümkündür.
4. Məsuliyyətin Məhdudlaşdırılması (Liability Cap)
4.1. Platformanın hər hansı iddia üzrə ümumi məsuliyyəti, hər bir hadisə üzrə, son 30 gün ərzində Platformaya ödənilmiş xidmət haqqı məbləğini keçə bilməz. 4.2. Platforma dolayı zərərlərə, gəlir itkisinə, reputasiya zərərinə görə məsuliyyət daşımır.
5. Risklərin Tam Ötürülməsi
5.1. Partnyor avtomobilin texniki vəziyyətinə, sığortasına, sənədlərinə və icarə müddətində yaranan bütün risklərə görə tam və bölünməz məsuliyyət daşıyır. 5.2. Partnyor Platformanı üçüncü şəxslərin bütün iddialarından tam şəkildə müdafiə etməyi (indemnification) öhdəsinə götürür.
6. KYC və Uyğunluq
6.1. Partnyor hər bir İcarəçinin şəxsiyyətini, sürücülük vəsiqəsini və hüquqi uyğunluğunu yoxlamağa borcludur. 6.2. Saxta sənədlər və ya qanun pozuntuları nəticəsində yaranan bütün hüquqi nəticələr Partnyorun məsuliyyətindədir.
7. Anti-Bypass (Komissiyadan Yayınmanın Qarşısının Alınması)
7.1. Platforma vasitəsilə təqdim edilmiş hər bir müştəri, ilk əlaqədən etibarən 12 ay müddətinə AvtoBnB müştərisi hesab olunur. 7.2. Bu müddət ərzində komissiyadan yayınma aşkar edilərsə, Partnyor icarə məbləğinin 100%-i həcmində cərimə ödəyir.
8. Ləğv və Geri Ödənişlər
8.1. Platforma xidmət haqqına dair geri ödəniş öhdəliyi daşımır. 8.2. Bank və ödəniş sistemləri üzrə xərclər müştəri tərəfindən qarşılanır.
9. Məlumatların Emalı
9.1. Platforma məlumatların emalını Azərbaycan Respublikasının qanunvericiliyinə və GDPR prinsiplərinə uyğun həyata keçirir.
10. Yurisdiksiya
10.1. Bu müqavilə Azərbaycan Respublikası qanunvericiliyinə tabedir.
10.2. Mübahisələr Bakı şəhər məhkəmələrində həll edilir.
11. Elektron qəbul və hüquqi qüvvə
11.1. Partnyor aşağıdakı hallardan hər hansı birini etdikdə, bu müqavilənin tam və şərtsiz qəbul edilməsi və canlı imza ilə imzalanmasına bərabər sayılır:
  • Paltformada "Şərtlərlə razıyam" qutusunu işarələmək (checkbox);
  • Partnyor hesabını Platformada qeydiyyatdan keçirmək;
  • Avtomobili Platformaya əlavə etmək (yəni sistemə daxil etmək);
  • Avtomobil elanı yerləşdirmək və ya aktivləşdirmək;
  • Platforma vasitəsilə alınan ilk sifarişi qəbul etmək və ya emal etmək.
11.2. Yuxarıda göstərilən hər hansı bir hərəkətin həyata keçirildiyi andan müqavilə elektron formada bağlanmış hesab olunur və Azərbaycan Respublikası qanunvericiliyinə uyğun tam hüquqi qüvvəyə malikdir.
11.3. Partnyor gələcəkdə imzanın olmaması, müqavilə şərtlərini bilməməsi və ya tam oxumaması barədə iddia irəli sürməkdən imtina edir.
12. Qeyd
Elektron qəbul müqavilənin imzalanması ilə tam eyni hüquqi nəticəyə malikdir və Platformanı “imzasızlıq” iddialarından qoruyur.

© 2025 AVTOBNB MMC. Bütün hüquqlar qorunur.
+994(51)5918-567
По любым вопросам и для заказа свяжитесь с нами по телефону, почте и в соцсетях.
Made on
Tilda